Biologiya (Bios – canlı, logos – elm) – canlı təbiət haqqında kompleks elm. Hal hazırda Yer üzərində mövcud olan və məhv olmuş külli miqdarda növ müxtəlifliyi, onların quruluşu və funksiyası, mənşəyi, çoxalması və inkişafı, canlı və cansız təbiətlə əlaqəsi haqqında. Biologiya həyatın xas olan ümumi və fərdi qanunauyğunluqları müəyyən edir. Biologiyanın çoxlu şöbələrinin olmasına baxmayaraq qanunauyğunluqlar əsasən Ümumi Biologiya tərəfindən tədqiq edilir. Ümumi Biologiya özündə əsasən Yer üzərində həyatın əmələ gəlməsi haqqında nəzəriyyəni, Hüceyrə haqqında nəzəriyyəni (Sitologiyanı), Molekulyar Biologiyanı, İnsan haqqında nəzəriyyəni, Ekologiyanı, Genetikanı, Biosfer haqqında nəzəriyyəni, Təkamül nəzəriyyəsini (Darvinizmi), Orqanizmin individual inkişafını öyrənir.

Biologiya termini elmə ilk dəfə 1802-ci ildə bir-birindən asılı olmadan J.B.Lamark və Q.R.Treviranus daxil etmişlər.

Həyat zülalların fiziki-kimyəvi vəziyyəti və xüsusi mövcud olma formasıdır.

İlk dəfə canlı təbiəti bütövlükdə öyrənilməsi cəhdləri antik həkim və filosoflar tərəfindən edilmişdi (HipokratQalenTeofrastAristotel). Məhz onların əməyi İntibah dövründə davam etdirilərək BotanikaZoologiyaAnatomiyaFiziologiya elmlərinin əsasını qoydu.

Mikroskopun kəşfi Biologiyanın sərhədlərini mikroaləmə qədər genişləndirdi. Mikroskopun kəşfi ilə Zoologiyada yeni aləm- Birhüceyrəlilər və ya İbtidailər (Protozoa) aləmi, Botanikada isə birhüceyrəli yosunları müşhaidə etmək mümkün oldu. Həmçinin bakteriyaları və virusları müşhaidə etmək mümkün oldu. Beləliklə hüceyrə kəşf olundu (1556. Robert Huk).